Xanım jurnalist yanğından xilas edilib

Xanım jurnalist yanğından xilas edilib
  19 May 2015    Oxunub:4998
Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.

Bundan başqa yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb. AzVision.az xəbər verir ki, artıq yanğının söndürülməsində iştirak edən helikopterlər ərazidən uzaqlaşıb. Eyni zamanda bir hərbi helikopter vasitəsi ilə yanmış binanın üzərinə xilasedicilər endirilib.
Hazırda binada güclü tüstülənmə var. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti