Nazirlikdən yanğınla bağlı daha bir açıqlama

Nazirlikdən yanğınla bağlı daha bir açıqlama
  19 May 2015    Oxunub:6746
Səhiyyə Nazirliyi yanğınla bağlı növbəti dəfə açıqlama yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:30 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, yaralılardan 17-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 10 nəfərdir. Digər 7 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti