“Yanan binada heç kim qalmayıb” – Nazir müavini

“Yanan binada heç kim qalmayıb” – Nazir müavini
  19 May 2015    Oxunub:6466
“Hadisə yerində təqribən 40 yanğın briqadası işləyib, yanğının söndürülməsi üçün əraziyə iki helikopter cəlb edilib”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavinin sözlərinə görə, hazırda binanın daxilində insan qalmayıb, hamı təxliyə olunub: “Yanğının belə gec söndürülməsinin (təqribən 4 saat) səbəbi yolda tıxacın olması olub, buna görə də yanğın briqadaları hadisə yerinə vaxtında çata bilməyiblər. Ekspertlər binaya dəymiş ziyanı qiymətləndirəcəklər. Yanğının səbəbi araşdırılır. Binada qaz olmayıb, lakin yanğın zamanı qaz balonları bir neçə dəfə partlayıb”.

E.Mirzəyev deyib ki, xəsarət alanlardan 25 nəfəri FHN əməkdaşları tərəfindən təxliyə olunub. Bütün mənzillərin qapıları açılaraq yoxlanlılıb. Mənzillərində qalıb kömək gözləyənlərin 80 faizi sağ qalıb, bloka çıxanlar isə tüstüdən boğulublar.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti