Əyləncəli verilişlərin yayımı dayandırıldı
Faciə ilə bağlı telekanallar proqramlarında dəyişiklik edəcəkmi?
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a bildirib ki, gün ərzində televiziyada şou -proqramları təxirə salınacaq. Verilişlərdə diqqət baş verən faciə ilə bağlı hadisələrə yönəldiləcək.
M.Məmmədov həmçinin qeyd edib ki, proqramda dəyişikliklərin neçə gün davam edəcəyi ilə bağlı məlumatı yoxdur.
AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da televiziyanın proqramında dəyişikliklər ediləcəyini deyib. “Bu gün axşam efirə gedəcək “Muğam müsabiqəsi” proqramını təxirə saldıq.
Baş verən faciəyə görə ATV də əyləncəli verilişləri təxirə salıb.
Dəyişikliyə əsasən bu gün saat 19:00-da “Gündəlik” verilişi və şou xarakterli digər proqramlar yayımlanmayacaq.
Region TV-dən aldığımız məlumata görə, onlar da həmçinin əyləncəli verilişləri yayımdan çıxarıblar.
Tanınmış aparıcı, Lider televiziyasının xəbər spikeri Mehman Mehdiyev bildirib ki, Lider tv-də reklamların yayımı dayandırılıb.
Şahanə Rəhimli







Vaxtında, Aydın, Lazımlı!


