Nəcməddin Sadıkov Belçikaya gedib

Nəcməddin Sadıkov Belçikaya gedib
  19 May 2015    Oxunub:2095
Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq.

Səfər mayın 21-dək davam edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti