Bakı meri: `penoplast` üzlüklər söküləcək

Bakı meri: `penoplast` üzlüklər söküləcək
  20 May 2015    Oxunub:6420
Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, dövlət başçısının sərəncamı ilə yaradılmış Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası sabaha qədər qərar verməlidir: "Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var".

Onun sözlərinə görə, əgər komissiya arayış versə ki, yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq. (trend)


Teqlər:  



Xəbər lenti