Müsavatda daha bir istefa

Müsavatda daha bir istefa
  20 May 2015    Oxunub:1814
Müsavat Partiyası Məclisinin üzvü Məlahət Mürşüdlü partiya sıralarından istefa verib.
AzVision.az-ın report-a istinadən məlumatına görə, M.Mürşüdlü bununla bağlı Müsavat Partiyası Nizami Rayon Təşkilatının sədrinə ərizə ilə müraciət edib. Ərizədə bildirilir:

“Son dövrlərdə Müsavatçılıq ideologiyasına zidd siyasətin aparılmasına, idarəçilikdə Nizamnaməyə əməl edilməməsinə etiraz əlaməti olaraq partiyadan istefa verirəm. Partiyanın adına layiq yaşaması üçün haqsızlıqlara qarşı dirəniş göstərmədiyim üçün Məhəmməd Əmin Rəsulzadə ruhu məni bağışlasın! Amma harada olmağımdan asılı olmayaraq Müsavat və M.Ə.Rəsulzadə ideallarının daşıyıcısı kimi yaşayacağam və fəaliyyət göstərəcəyəm”.


Teqlər:



Xəbər lenti