Nazirlikdən açıqlama: 31 nəfər evə buraxıldı

Nazirlikdən açıqlama: 31 nəfər evə buraxıldı
  20 May 2015    Oxunub:3108
“Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilən 50 nəfər yaralıdan 31-nə lazım olan tibbi yardım göstərilib və onlar artıq evə buraxılıb”.

AzVision.az xəbər verir ki, bu barədə report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, 19 yaralı hazırda xəstəxana şəraitində müalicəsini davam etdirir və səhhətləri qənaətbəxşdir, yəni həyati təhlükələri yoxdur.

Bu gün baş verən yanğın zamanı aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Ölənlər arasında 2-si qız, digər 2-si isə oğlan uşağı olmaqla 4 azyaşlı olub.


Teqlər:



Xəbər lenti