Parlamentin son iclasının gündəliyi açıqlandı

Parlamentin son iclasının gündəliyi açıqlandı
  21 May 2015    Oxunub:1673
Milli Məclisin yaz sessiyasının mayın 29-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb.
MM-dən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər, “Yol hərəkəti haqqında”, “Pasportlar haqqında”, “Mühasibat uçotu haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara, Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının 2014-cü ildə dövlət büdcəsinin icrası ilə bağlı məsələ və digər məsələlərdir.

Eyni zamanda deputatlar bir sıra dövlətlərlə sazişlər məsələsinə də baxacaq. Bunlar Azərbaycan-Türkiyə arasında yükəsk səviyyəli strateji əməkdaşlıq şurasının 15 yanvar 2015-ci il tarixli keçirilmiş 4-cü iclasının nəticələrinə dair birgə bəyənatı, Azərbayca-Pakistan İslam respublikası arasında stratejli tərəfdaşlıq haqqında birgə bəyannamənin təsdiq edilməsi haqqında qanun layihələri və Azərbaycan-Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında sazişin təsdiq edilməsidir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti