Zakir Həsənov xanım həmkarı ilə telefonla danışdı

Zakir Həsənov xanım həmkarı ilə telefonla danışdı
  21 May 2015    Oxunub:2461
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

Telefon danışığında Tinatin Xidaşeli Azərbaycan-Gürcütan arasında hərbi sahədə əməkdaşlıqda əldə edilən nailiyyətlərin və razılaşmaların qüvvədə qalacağına və daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair qısa fikir mübadiləsi aparılıb.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti