Bakı-Moskva təyyarəsi qəza enişi etdi

Bakı-Moskva təyyarəsi qəza enişi etdi
  21 May 2015    Oxunub:5348
Bu gün saat 11:10-da Bakıdan Moskvaya uçmalı olan təyyarənin sərnişinləri saat 13:40-da başqa təyyarə ilə yola salınıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, AZAL-ın Bakı-Moskva aviareysini yerinə yetirən “Boing-757” təyyarəsi havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən təcili olaraq yenidən Bakı aeroportuna eniş edib. Nasazlıq hidrosistemlərin birində təzyiqin düşməsi ilə bağlı olub.

Heydər Əliyev Hava Limanının dispetçer xidmətindən saat 12:15-də Moskva-Bakı reysi ilə uçmalı olan təyyarənin 20 dəqiqə gecikmə ilə uçduğu və vaxtında Bakıya çatacağı, 16:15-də realaşmalı olan Bakı-Moskva reysinin isə 5 dəqiqə təxirə salındığı bildirilib:

"Növbəti, 16:15-ə planlaşdırılan "Aeroflot"un SU-1854 reysi ilə hərəkət edən "Airbus-320-200" təyyarəsinin uçuşu ləngiyəcək. Təzə qrafikə görə, bu təyyarə Bakıdan Moskvaya 16:20-də uçacaq".

AzVision.az


Teqlər:  



Xəbər lenti