Üç ölkənin kralından İlham Əliyevə təbrik

Üç ölkənin kralından İlham Əliyevə təbrik
  21 May 2015    Oxunub:1961
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə 28 may – Respublika Günü münasibəti ilə təbrik məktubu göndərib.
Təbrik məktubunda deyilir:

“Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

İsveçin Kralı XVI Karl Qustaf da Azərbaycan Prezidentini təbrik edib. Təbrik mətnində deyilir:

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

Niderlandın Kralı Villem-Aleksandrln isə məktubunda deyilir:

“Cənab Prezident, mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, Sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram”.

AzVision.az


Teqlər:  



Xəbər lenti