`Müxalifət dövlətə ləkə vurmaq istədi` - Siyavuş Novruzov

`Müxalifət dövlətə ləkə vurmaq istədi` - Siyavuş Novruzov
  22 May 2015    Oxunub:2422
“Müxalifət nümayəndələri Bakıdakı yanğından istifadə edərək dövlətə ləkə vurmağa çalışdı”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili müxalifət təmsilçilərinin Bakıdakı yanğınla bağlı fikirlərinə münasibət bildirərək deyib ki, onlar Azərbaycan xalqının faciəsindən öz maraqları üçün istifadə etməyə çalışdı.

“Bəzi müxalifət nümayəndələri faciə ilə bağlı öz mövqelərini bildirdilər, xalqa başsağlığı da verdilər. Bir qrup müxalifət isə bu hadisədən istifadə edərək dövlətə ləkə vurmaq üçün cəhd etdi. Onların cəhdləri təbii ki, boşa çıxdı. Çünki onlar özləri bu hadisə ilə bağlı heç bir addım atmadılar. Nə bir başsağlığı verdilər, nə də ki hadisədən zərər çəkənlərin ziyarətinə getdilər. Onlar yanmış binaya yaxınlaşmadılar. Öz kabinetlərində oturub boş-boş bəyanatlar verməklə məşğul oldular. Dövlətimiz isə artıq bu istiqamətdə bütün işləri görüb. Müxalifət bu hadisədə də öz iyrənc əməlllərini orataya qoydular, öz kimliklərini nümayiş etdirdilər”,-deyə S.Novruzov qeyd edib.

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti