Azərbaycan səhiyyəsində mühüm yenilik
“Azərbaycanın tibb sistemində 500-dən artıq müəssisə mövcuddur və məqsədimiz bu müəssisələrdə xüsusi platformanı tətbiq etməkdir. Bu elektron idarəetmə sistemi artıq Neftçilər xəstəxanasında bir neçə ildir ki, uğurla istifadə edilir. Biz, sadəcə, bu platformanı “İsim Soft”un müvafiq proqramı əsasında və “Bulud” texnologiyası üzərindən yaradılmasını, proqramın Azərbaycan qanunvericiliyi və dilinə uyğun şəkildə lokallaşdırılmasını nəzərdə tuturuq. Sistemin “Bulud” üzərindən fəaliyyət göstərməsi sərf ediləcək məsrəfləri azaldacaq. Çünki müəssisələrə artıq əlavə serverlər və avadanlıq almağa ehtiyac olmayacaq”, - deyə İ.Ələkbərov qeyd edib.
Sistemdə həkimlər, apteklər, dərmanlar və tibb müəssisələri ilə bağlı bütün məlumatlar yer alacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


