Gömrükdəki problemə rəsmi münasibət

Gömrükdəki problemə rəsmi münasibət
  25 May 2015    Oxunub:1845
Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən veriləm məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gun də heç bir problem yaranmayıb.

Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılmış, məsələyə aidiyyatı olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilmişdir.


Teqlər:



Xəbər lenti