“Ömrümdə 4 milyon pul görməmişəm” - Bankir Məmmədov

“Ömrümdə 4 milyon pul görməmişəm” - Bankir Məmmədov
  25 May 2015    Oxunub:36647
“Sizi inandırım ki, həyatım boyu 4 milyon dollar pul görməmişəm. Hazırda mənim adıma olan mənzil də ipotekadadır. Nəğd heç nəyim yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında ötən həftə həbs xəbəri yayılan “Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov deyib.

Bankir haqqında yazılan xəbərləri yalanlarayaq, bu məlumatları yayan şəxsləri məhkəməyə verəcəyini bildirib.

“Vallah mən bilmirəm, 4 milyon dollar məsələsi nə idi? Kim nə yazıbsa, özü bilər. 4 milyon dollar məndə nə gəzir? Hər şeyim kreditdədir. Niyə belə yazırlar, başa düşə bilmirəm, dilim tutulur. Mənə inanmayanlar ofisə gəlsinlər, baxıb görsünlər ki, məndə 4 milyon dollar var, yoxsa yoxdur”.

Xatırladaq ki, bank direktorunun həbsi ilə bağlı çıxan yazıda əməliyyat zamanı onun ofisindən 4 milyon ABŞ dollarının götürüldüyü qeyd olunub.

F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti