Məcəlləyə yeni maddə əlavə edildi

Məcəlləyə yeni maddə əlavə edildi
  25 May 2015    Oxunub:1873
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklərlə bağlı qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 318-2-ci maddə əlavə edilib:

“Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi -

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.

AzVision.az


Teqlər:



Xəbər lenti