Seçici siyahılarının dəqiqləşməsi başa çatır

Seçici siyahılarının dəqiqləşməsi başa çatır
  25 May 2015    Oxunub:1653
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK-nın qüvvədə olan bəzi normativ
xarakterli aktlarına müvafiq dəyişikliklər edilməsi qərara alınıb. Sonra MSK-nın nəzarət-təftiş xidmətinin yaradılması barədə qərarında dəyişiklik edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır. O bildirib ki, mayın 27-də proses yekunlaşacaq və nəticə elan olunacaq:

“Ölkə üzrə tərtib olunan seçici siyahıları MSK-nın internet səhifəsində yerləşdiriləcək”.

MSK üzvlərinin müzakirəsindən sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti