Evləri yananlara şəxsiyyət vəsiqələri verilib

Evləri yananlara şəxsiyyət vəsiqələri verilib
  25 May 2015    Oxunub:1381
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən cari il mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
DİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti