Nəqliyyat Nazirliyindən yeni kampaniya
AzVision.az nazirliyin saytına istinadən məlumat verir ki, “Məsuliyyətli piyada qaydanı pozmur” devizli xüsusi yazılar paytaxtın küçə və prospektlərində 60-dan artıq yerdə asfalt üzərinə həkk edilir.
Bakıda yol təhlükəsizliyini təbliğ etmək məqsədi daşıyan bu kampaniya sürücülərə və piyadalara mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, xüsusi olaraq piyadalara yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğunu təbliğ edir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


