Rövnəq Abdullayevin oğlu mükafat aldı

Rövnəq Abdullayevin oğlu mükafat aldı
  26 May 2015    Oxunub:4385
INDEX-Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin və Beykent Universitetinin birgə təşkilatçılığı ilə "Rəqəmsal Media Zirvəsi" (Dijital Medya Zirvesi) layihəsi baş tutub.

Mərkəzdən AzVision.az-a verilən məlumata görə, Marketinq strategiyası (Marketing Strategies), Markanın idarə olunması (Brand Management), Viral video kimi mövzulara toxunulan zirvədə rəqəmsal medianın gücü və gələcəyi haqqında maraqlı müzakirələr aparılıb.

Qısa müddətli panellər şəklində keçirilən zirvədə iştirakçılar həyata keçirdikləri layihələrlə adlarından söz etdirən şəxslərlə bir araya gələrək şəbəkələşmə sahəsində maraqlı məlumatlar əldə etmək şansı qazanıblar. Öz sahələrində kifayət qədər təcrübə və biliyə sahib olan zirvə iştirakçıları bu sahəyə marağı olan azərbaycanlı və türkiyəli gənclərə öz tövsiyələrini veriblər.

Daha sonra əvvəlcədən qeydiyyatdan keçən 1 200 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.

Tədbirin sonunda Beykent Universitetinin rektoru M. Emin Karahan tərəfindən INDEX-in sədri Rəşad Abdullayevə təşəkkürnamə sertifikatı təqdim olunub.

Qeyd edək ki, Burak Kartalın moderatorluğu ilə zirvədə Ping qurucusu Burçin Ergument, Onedio həmtəsisçisi Ahmet Çağan Yıldırım, Listelist və EticaredMag təsisçisi Ahmet Kırtok Bumerang İstanbul həmtəsisçisi Evren Kacar, JWT kreativ direktoru Olcayto Cengiz, Plasenta-nın kreativ strategisti Cihan Yılmaz, Pazarlamasyon idarə heyətinin üzvü Haydar Özkömürcü, Monitera idarə heyətindən Sinem Isıyel, Morhipo rəqəmsal marka idarəçisi Ceren Topaloğlu, kreativ direktor Taci Yalçın, viral videonun gücünü ən yaxşı şəkildə nümayiş etdirən Batesmotelpro-dan Tansu Tuncel və Volkan Öge tədbirdə iştirak ediblər.

Rəşad Abdullayev Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğludur.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti