Nazirlik 14 nəfər işdən çıxardı
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən edilib.
Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülüb, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş verib, 63 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən qeydə alınıb.
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


