Yanğında yaralanan iki nəfər evə buraxılıb

Yanğında yaralanan iki nəfər evə buraxılıb
  26 May 2015    Oxunub:1723
Bakının Binəqədi rayonu, Azadlıq prospektində baş verən dəhşətli yanğnda xəsarət alanlardan 2 nəfər evə buraxılıb.
Səhiyyə Nazirliyininin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az-a bildirib ki, hazırda 8 nəfər müalicələrini davam etdirirlər.

`Onlardan 2 uşaq, 5 qadın və bir kişi hələ də xəstəxanadadırlar. Vəziyyəti sabitdir. Təhati təhlükələri yoxdur`.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti