Moldova Azərbaycandakı səfirini geri çağırdı

Moldova Azərbaycandakı səfirini geri çağırdı
  27 May 2015    Oxunub:3038
Moldova Azərbaycandakı səfiri İqor Bodiunu geri çağırıb.
Trend-in Moldova KİV-nə istinadən verdiyi məlumata görə, Moldova 10 xarici ölkədə təmsil olunan səfirlərini geri çağırıb.

Səfirlərin geri çağırılması barəsində qərar Nazirlər Kabinetinin iclası zamanı qəbul edilib. Səfirlərin geri çağırılmasının səbəbləri açıqlanmayıb.

Geri çağırılan diplomatlar sırasında Moldovanın ABŞ-dakı, Avropa Şurasındakı, Portuqaliyada və digər Avropa ölkələrindəki səfirləri də var.


Teqlər:  



Xəbər lenti