35 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah ölkə ərazisində cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şişmək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
AzVision.az