“Şultsun maskası cırılıb” –Siyavuş Novruzov
Millət vəkili Martin Şultsu tərəfsiz olmağa çağırıb: “Bununla bir daha Şultsun özünün maskası cırılıb, üzə çıxmağa başlayıb. Bu adam guya sosial demokratları təmsil edir. Amma öz dəyərlərinə xəyanət edərək belə bir yolu tutub”.
O, bildirib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib:
“Şults insan hüquqlarının müdafiə edirsə, ilk növbədə Azərbaycaın 1 milyon qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxar, o zaman sənin ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük, satqınlıqdır. Xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək və onların niyyətləri bir daha baş tutmayacaq”.
S. Novruzov Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: “Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”.
Spiker Oqtay Əsədov isə deyib ki, deputat Siyavuş Novruzovun çıxışı zamanı Şults sözünü işlətməsi ona Uzaq Sahillərdə filmindəki Şultsu xatırladıb: “Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu həqiqətdir”.
Anar Kəlbiyev