Kütləvi dava: bələdiyyə sədrini döydülər
Hadisəni törədən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisə yer üstündə baş verib.
Döyülən bələdiyyə sədri Natiq Həsənovla əlaqə saxladıq. Sədr açıqlamasında döyüldüyünü təsdiqlədi. O, bildirdi ki, Araz Həsəov Bülbülə qəsəəsində böyük bir ərazini qeyri-qanuni şəkildə zəbt edib. Həmin ərazi neft sahəsinə düşdüyü üçün onu boşaltmaq lazım olub. Bələdiyyə sədri də bunun üstündə Araz Həsənovla mübahisə edib.
"Araz Həsənov bizi bel, taxta parçaları ilə vurdu. Daha sonra mənim başımdan, Samir Əliyevin gözündən yumruqla vurdu. Hər ikimizi döydü. Bununla bağlı polisə şikayət də etmişik", - deyə Natiq Həsənov bildirib