Bəli, gəlin “Xilas olaq”...

Bəli, gəlin “Xilas olaq”...
  30 May 2015    Oxunub:3846
Avropa Oyunları yaxınlaşdıqca, Milli Şura ölkəmizin uğuruna kölgə salmaq üçün hər şeyi edir. Bəli, hər şeyi... Sosial şəbəkələrdə mötəbər yarışı nüfuzdan salmaq üçün dəridən qabıqdan çıxır, boykot çağırışları edir, Binəqədidə ölən insanların faciəsini siyasi şouya çevirir və daha nələr nələr... Bugünkü mitinqdə bu qəbildən idi.

“Xilas olaq” deyə günlərdir haray çəkənlər “Məhsul” stadionuna toplaşdılar. Mitinq saat 15:00-da başlamalı idi. Deyilən vaxtda stadionda tum çırtlayan, qeybət edən, əlində təsbeh fırladan, bir də jurnalistlərdən başqa heç kim yox idi. Barmaqla sayılası qədər adam Əli Kərimlinin səsinə səs verib “Məhsul”a gəlmişdi.



Yarım saatdan sonra mitinq başladı. Əli Kərimli mikrofonu əlinə alıb, başladı həmişəki kimi pafoslu çıxışlara...

Tribunada cəmi üç nəfər var idi: AXCP sədri, Cəmil Həsənli, bir də “balaca Əli bəy” (Əbülfəz Qurbanlıya dostları öz aralarında belə müraciət edirlər-red).

Əli Kərimli çıxışına Binəqədidəki yanğından başladı. Faciə qurbanlarının dərdinə şərik olmuş kimi özünü sözün əsl mənasında artistliyə vuran Kərimli yanan binaya görə hakimiyyəti ittiham etdi. Az qala desin ki, binanı iqtidar bilərəkdən yandırıb, 15 nəfəri də FHN əməkdaşları öldürüb. Burada stop.

Əli Kərimlinin əgər canı yanan idisə, niyə faciə qurbanlarının yanında olmadı, niyə yaralılara baş çəkmədi, niyə ölənlərin yasında iştirak etmədi?

Sizcə, o, xalqını sevən müxalifətçi idisə, ən pis günündə insanların yanında olmalı deyildimi? Bəli, bu gün mitinqdə başından böyük danışan bu insan Azərbaycanın ən kədərli günündə Facebook-da yalnız status yazmaqla var olduğunu göstərdi. Nə yaralıların halın-əhvalın sorşdu, nə də onların yanında oldu.

Bu gün Əli Kərimli və onun kimi Qərbdən pul alıb mitinq keçirənlərdən fərqli olaraq, iqtidar öz vətəndaşına sahib çıxdı. Dövlət evi yananlar üçün lazım olandan da artığını etdi. Amma müxalifət nə etdi: heç nə...



Milli Şura bu günkü mitinqdə bir daha rəzil oldu.

Diqqət edin, siyasi məhbuslara azadlıq tələb edən Əli Kərimli, Cəmil Həsənli hələ də fərqində deyil ki, vəkil Qurban Məmmədov azadlıqdadır.

Milli Şura 2014-cü ildən azadlıqda olan Qurban Məmmədovun fotosunu tribunadan asıb, onu siyasi məhbus kimi təqdim etməklə sadəcə gülünc durumda olduğunu nümayiş etdirirdi.

Əli Kərimli ilə çiyin-çiyinə tribunada duran tarixçi Cəmil Həsənli çox gümanki tarixi prosesləri getdikcə ya bilərəkdən unudur, ya da xatırlamaq istəmir.

5-10 cəbhəçinin qarşısında “gəlin, bu hakimiyyətdən xilas olaq” deyən Cəmil bəy, məgər vaxtilə Heydər Əliyevin şəninə kitablar yazan, deputat olduğu illlərdə iqtidarı tərifləyən, müxalifəti “söyən” Cəmil Həsənli deyilmi?

Keçmiş keçmişdə qalsa da, tarix heç vaxt unudulmur, Cəmil bəy.

Hələ bu harasıdır. Ən böyük rəzillik Əli Kərimlini tərifləyən cəbhəçi gözəlçələrin oğlan üstündə qırğını idi. Günlərdir, Facebook bir oğlanı bölüşə bilməyən iki cəbhəçi xanımdan danışır. Utanmadan, çəkinmədən oğlan davasına çıxan, bir-birlərinin çılpaq şəkillərini paylaşan bu xanımlar, ciblərində AXCP-nin vəsiqələrini daşıyırlar.

Elə deyilmi cənab Kərimli? Mitinqlərdən qazandığınız pulları sayıb qurtarandan sonra rəhbərlik etdiyiniz partiyaya da çönüb baxın.

Görün, siyasəti, insanların faciəsini şouya çevirməklə siyasi liderlər deyil, yeni Kardaşyanlar yetişdirmisiniz.



Bu məqamda sizin dediyiniz kimi xalqın, cəmiyyətinin xilas olmasının tam zamanıdır. 1993-cü ildə olduğu kimi, bu dəfə də sizdən, sizin yalanlarınızdan...

Anar Rüstəmov


Teqlər:  



Xəbər lenti