Zakir Həsənov Qırğızıstana getdi
AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Qırğızıstanın Müdafiə Nazirliyində görüşlər keçirəcək, habelə bir sıra hərbi hissələrə baş çəkəcək.
Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri, o cümlədən müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər iyunun 2-dək davam edəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


