68 gənc işə götürülüb
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.”
E. Mehdiyev işə yeni qəbul olunan gəncləri təbrik edərək, onlara öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Dövlət qulluğuna müsabiqə yolu ilə yeni qəbul olunan gənclər öz çıxışlarında qəbul prosesinin şəffaf, obyektiv və ədalətli keçirilməsindən məmnunluqlarını ifadə ediblər və bilik və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitə görə prezident İlham Əliyevə səmimi təşəkkürlərini bildiriblər. Gənclər onlara göstərilən bu yüksək etimadı öz əməli işləri ilə doğruldacaqlarına söz veriblər.
Tədbirin davamında “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi: inkişafın yeni mərhələsi” və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzularında təqdimatlar keçirilib. Sonda iştirakçılarda maraq doğuran suallarla bağlı müzakirələr aparılıb.
Teqlər: