`İlhamə məşəli daşıyacaq, amma qaça-qaça yox...`-Azad Rəhimov
Onun sözlərinə görə, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var: “Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Biz rayonlara müraciət etdik. Oradan tanınmış, ictimaiyyəti əhatə edən insanların adları təqdim olunub.
Siyahılarda təkcə idmançılar yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Xalq artisti Əlibaba Məmmədov isə dedi ki, məşəli daşımaq çox çətindir. O, səhhətinə görə bu prosesdə iştirak edə bilmir”.







Vaxtında, Aydın, Lazımlı!


