`ABŞ Azərbaycana kömək edirdi` - Robert Sekuta

`ABŞ Azərbaycana kömək edirdi` - Robert Sekuta
  03 İyun 2015    Oxunub:1850
"ABŞ Azərbaycanla enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsidir".
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan 20 ildən çoxdur əməkdaşlıq edir: "ABŞ əvvəllər Azərbaycana neft hasilatında kömək edirdi, hazırda isə qaz hasilatında yardım edir. Biz bu sahədə Azərbaycanla sıx əməkdaşlıq edirik".

I Avropa Oyunlarını şərh edən səfir qeyd edib ki, hamı bu Oyunlar üçün infrastrukturun inşası və genişləndirilməsi üzrə işlərin aparılmasının şahidi oldu: "ABŞ idmanı müxtəlif xalqların yaxınlaşması vasitəsi kimi dəstəkləyir. Mən bütün idmançılara, o cümlədən azərbaycanlı idmançılara Avropa Oyunlarda uğurlar arzulayıram".


Teqlər:



Xəbər lenti