`Dini kadrların hazırlanmasında boşluq var` - Mübariz Qurbanlı

`Dini kadrların hazırlanmasında boşluq var` - Mübariz Qurbanlı
  03 İyun 2015    Oxunub:1752
"Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır".
AzVision.az-ın məlumatına görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərtac-a müsahibəsində deyib.

Komitə sədri bildirib ki, bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir: "Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır".

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var: "Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq. Din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır".

DQİDK-nın sədri onu da əlavə edib ki, din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır: "Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var".


Teqlər:  





Xəbər lenti