İlham Əliyev səfiri qəbul edib

İlham Əliyev səfiri qəbul edib
  03 İyun 2015    Oxunub:1578
Prezident İlham Əliyev Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı səfir İqor Bodiunun diplomatik fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fövqəladə və səlahiyyətli səfir İqor Bodiu qeyd edib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəni tərk edəcək. Moldovalı diplomat deyib ki, son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərini müşahidə etməkdə onun səfir kimi bəxti gətirib. O, bütün bu uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi vurğulayıb.

İqor Bodiu iki ölkə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb.


Teqlər:  



Xəbər lenti