Məmmədyarov Şahtaxtinski ilə görüşüb

Məmmədyarov Şahtaxtinski ilə görüşüb
  03 İyun 2015    Oxunub:1890
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov A.Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan la ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.

A.Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

E.Məmmədyarov A.Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Teqlər:



Xəbər lenti