Müsavatda kütləvi istefa: bu dəfə qadınlar getdi
"Zaman-zaman partiya rəhbərliyinə öz iradlarını bildirən Müsavat Qadınlar Birliyinin üzvləri demokratik ab-havanın yenidən bərqərar olacağı ümidi ilə gözləsələr də, təəssüf ki, gözləntilər özünü doğrultmadı. Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli əsassız bəhanələrlə Nizamnaməyə zidd olaraq partiyadan xaric edildi. Bir çox tanınmış müsavatçı xanımlar buna etiraz olaraq partiyadan istefa verdilər. Lakin bu müddət ərzində partiyanın siyasi kursunda rəhbərliyin "qisasçılıq" metodikasından başqa dəyişən bir şey olmadı. Artıq Müsavat Partiyasının Qadınlar Birliyini təşkil edən üzvlər belə bir birliyin fəaliyyət göstərməsinə ehtiyac olmadığını dərk edərək, Müsavat Qadınlar Birliyinin buraxılmasını bəyan edirlər. Baş vermiş proseslərə etiraz əlaməti olaraq, Müsavat Qadınlar Birliyi özünü buraxmış elan edir".
Bəyanatı Müsavat Partiyası Qadınlar Birliyinin aşağıdakı şura üzvləri imzalayıblar:
1.Ağayeva Lalə - şura üzvü
2.Muradova Nəzakət - şura üzvü
3.Mütəllimova Gülnar - şura üzvü
4.Kərimova Südabə - şura üzvü
5.Qurbanova Xalidə - MQB sədr müavini, şura üzvü
6.Cərullayeva Dünyaxanım - MQB sədr müavini, şura üzvü
7.İskəndərova Sevinc - MQB sədr müavini, şura üzvü
8.Xatirə Abdullayeva - şura üzvü (







Vaxtında, Aydın, Lazımlı!


