`Bəzi dini icmaların fəaliyyəti dayandırılmalıdır` - Şeyx
Keçən il biz qərar qəbul etdik və fətva verdik. Ancaq axundlar bunu camaata çatdırmadılar. Bunu tək məscidə gələnlərə deyil, bütün vətəndaşlara çatdırmaq lazımdır. Çox axundlarımız var ki, moizələri ötən ilkindən heç nə ilə fərqlənmir. Onlar öz üzərində işləmirlər. Mən Hacı Şahinin moizələrinə qulaq asıram. Çünki, orada həqiqət var. Niyədə qulaq asmayım?`.
Eyni zamanda Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib. Şeyxülislam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb.
Şeyx qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər:
“Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.







Vaxtında, Aydın, Lazımlı!


