`Arif Məmmədov ya başını itirib, ya da başı heç vaxt olmayıb`

`Arif Məmmədov ya başını itirib, ya da başı heç vaxt olmayıb`
  04 İyun 2015    Oxunub:3867
“Arif Məmmədov ya başını itirib, ya da onun itiriləsi başı ümumiyyətlə, heç bir zaman olmayıb". Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəsi vəzifəsini daşıyan Arif Məmmədovun son“facebook” qeydlərinə münasibət bildirərkən söyləyib.

- Allah xətrinə, bir adam Arif Məmmədova anlatsın ki, diplomatik protokol, xarici siyasət təmsilçisinin vəzifə və öhdəlikləri nədir. Bir adam cənab diplomatın qulağına pıçıldasın ki, o, siyasətçi deyil, istədiyi və ağlı yetən sözü, fikri sağına – soluna baxmadan, düşünmədən, hesablamadan havayasovurmaq lüksu da onun status və səlahiyyətləri xaricindədir, - deyə o, bildirib.

Elşən Musayev vurğulayıb ki, SPA salonlarda uzanıb Azərbaycan iqtidarını, hakimiyyətini tənqid atəşınə tutmaq asandır: “Öz ölkəsinə 3 günlük səfəri zamanı qocaldığını dilə gətirmək, yüz minlik maşında oturub “qəhrəman” statuslar yazmaq, “ədalət carçısı” obrazını yaratmaq da çətin məsələ deyil. Çətin olan keçmişə ekskurs etmək, kimin hesabına bu günlərə gəldiyini xatırlamaq, vicdan qarşısında hesabat verməkdir. Ölkə Prezidenti öz çıxışında bir dəfə vurğulamışdı: “Kim müxalifətə keçmək istəyirsə, buyursun. Qapılar açıqdır. Keçsin və kişi kimi mübarizə aparsın. Biz də bilək ki, rəqibimiz kimdi, tərəfdaşımız kim”. Odur ki, cənab Arif Məmmədov, bəzi iqtidaryönlü siyasətçilər kimi nala-mıxa vurmayın, mövqeyinizi açıqca bildirin, gültəkinlik eləməyin! Gözəl görünməyi hamı sevir. Amma gözəl olmağı hər kəs bacarmır”.

Aktual.az


Teqlər:



Xəbər lenti