Əmək Məcəlləsində dəyişiklik edildi

Əmək Məcəlləsində dəyişiklik edildi
  04 İyun 2015    Oxunub:3220
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanun “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar imzalanıb.

Sənədə əsasən, Əmək Məcəlləsinin 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində dəyişiklik edilib. Bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

Qeyd edək ki, indiyədək əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənirdi.


Teqlər:  



Xəbər lenti