Gəncədə seminar olub
Seminarı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanda gedən iqtisadi islahatlardan, bu islahatlar nəticəsində qazanılan uğurlardan danışıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı beynəlxalq təşkilatların sənədlərində”, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyevin “Gəncə regionunda sosial sahibkarlığın potensialı”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Rəhimlinin “Azərbaycanın innovativ inkişafında kadr potensialının təkmilləşdirilməsi” və həmin akademiyanın analitik təhlil işləri üzrə müşaviri, filologiya üzrə fəlsəfə doktoru Ziyafət Həbibovanın “Azərbaycanda innovativ inkişafın sabit və davamlı faktoru kimi ictimai birliklərin insan potensialı və sosial sahibkarlıq” mövzularında məruzələri dinlənilib.
Seminarda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.







Vaxtında, Aydın, Lazımlı!


