Məşəlin növbəti ünvanı

Məşəlin növbəti ünvanı
  05 İyun 2015    Oxunub:1724
Avropa Oyunlarının məşəli Şabrana gətirilib.
AzVision.az-ın məlumatına görə, məşəl estafeti Məhəmməd Əmin Rəsulzadə küçəsində - şəhərin girişində Telman Bayramovun yürüşü ilə start götürüb. 2,33 km davam edən bu yürüşdə Hacıbala Rəşidov, Yasəf Quliyev, Elvin Bağırov, Nərmin Ağaməliyeva, Əbdülrəhim Qənbərov, Mahir Ağamalıyev, Rahib Babayev, Elmar Fərzəliyev və cüdoçu Asif Abdullayev iştirak ediblər.

Məmmədağa Nəzirov küçəsində tamamlanan estafet burada şəhər parkında quraşdırılmış səhnə önündə tamamlanıb, məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırıb.


Teqlər:



Xəbər lenti