Metro 24 saat işləməyəcək - Açıqlama

Metro 24 saat işləməyəcək - Açıqlama
  05 İyun 2015    Oxunub:4184
“I Avropa Oyunları zamanı metronun iş qrafikində dəyişiklik ediləcək. Belə ki, iyunun 12-si və 28-də, yəni açılış və bağlanış mərasimləri günü metro səhər saat 06:00-dan gecə saat 03:00-a qədər işləyəcək”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, göstərilən vaxtın uzadılması da mümkündür:

“Əsas məqsədimiz Olimpiya stadionundan çıxan son sərnişinin, bütün tamaşaçıların daşınmasıdır. Bilirsiniz ki, Olimpiya stadionu "Koroğlu" metrostansiyasının yaxınlığındadır və bu stansiyadan daha çox istifadə olunacaq. Çalışacağıq ki bütün sərnişinləri rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdıraq. 13-27 iyun tarixləri arasında isə metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək”.

Qeyd edək ki, Avropa Oyunları zamanı Bakı metrosunun 24 saat işləyəcəyi bildirilirdi.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti