İqtidar Aİ-nin boykot çağırışını araşdırır

İqtidar Aİ-nin boykot çağırışını araşdırır
  05 İyun 2015    Oxunub:2294
Yeni Azərbaycan Partiyası Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin ölkəmizə qarşı işbirliyinin ortaya çıxmasına münasibət bildirib.
Partiyanın icra katibinin müavini Siyavuş Novruzov AzVision.az-a açıqlamasında deyib ki, hazırda yayılan məlumatla bağlı araşdırma başlanılıb: “Araşdırma bitdikdən sonra müvafiq qərar veriləcək”.

Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.

Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.

Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti