“Yunanıstan səfiri Azərbaycandan qovulmalıdır” – Deputat

“Yunanıstan səfiri Azərbaycandan qovulmalıdır” – Deputat
  06 İyun 2015    Oxunub:3171
“Azərbaycana qarşı fəaliyyət göstərən, ölkəmizin nüfuzunə xələl gətirmək istəyən səfirlər dərhal cəzalandırılmalıdır”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Avropa Oyunlarına qarşı ortaya çıxan işbirliyinə münasibət bildirən millət vəkili səfirin ölkəmizdən çıxarılmasını tələb edib.

“Mən dəfələrlə görüşlərdə səfirlərə, beynəlxalq təşkilatlara, ATƏT-in nümayəndələrinə demişəm ki, siz Azərbaycana normal münasibət göstərmirsiniz. Onların bu hərəkətləri ölkədaxilində qeyri-stabillik yaratmağa yönəlib. Buna görə onların fəaliyyətinə qadağa qoyulmalı, Azərbaycandan çıxarılmalıdır.

ATƏT-in Bakı ofisi ölkəmizdəki fəaliyyəti dövründə ancaq Azərbaycanda iğtişaşlar törətməklə, stabilliyi pozmaqla, əleyhimizə işlər görməklə məşğul olub. Bu baxımdan onların fəaliyyətinin dayandırılması düzgün qərardır. Eyni hal Avropa İttifaqına da tətbiq olunmalıdır. Həmçinin Yunanstanın Azərbaycandakı səfiri də qovulmalıdır. Çünki ölkəmizin əleyhinə fəaliyyət göstərib. Bu şəxslərə, o cümlədən də təşkilatlara heç bir güzəşt olunmalı deyil”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti