Bakıda daha 3 villa söküldü - VİDEO

Bakıda daha 3 villa söküldü - VİDEO
  06 İyun 2015    Oxunub:3196
Bakının Səbayel rayonundakı "Dostluq parkı"nda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən villaların sökülmə prosesi davam edir.
Bu həftə parkda daha 3 villa sökülüb. Bununla da sökülən qanunsuz tikililərin sayı 45-ə çatıb. Villaların söküldüyü əraziyə çoxsaylı işçi heyəti və texniki qüvvə cəlb olunub.

Söküntü prosesinin şərh edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, söküntü işlərinin getməsinə baxmayaraq hələ də bir neçə villa var ki, orada tikinti işləri aparılır.

Qeyd edək ki, sökülən villaların yerində ərazini yaşıllaşdırmaq məqsədilə ağaclar əkilir və Bakı meri Hacıbala Abutalıbov özü də ağac əkənlər sırasındadır.




Teqlər:  



Xəbər lenti