Abutalıbovdan söküntü anonsu - VİDEO

Abutalıbovdan söküntü anonsu - VİDEO
  07 İyun 2015    Oxunub:4150
Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlama verib.
Abutalıbov binaların üzlənmə prosesinin yekunlaşacağı vaxtı və mərkəzi hissədə söküləcək yerlərin adlarını da açıqlayıb.

O, Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının 4 ay sonra təhvil verəcəyini bildirib.

Mer zərərli maddələrlə çirklənmiş Zığ gölünün qurudulacağını, təmizlənməsi mümkün olan digər göllərdə isə istirahət mərkəzləri salınacağını da anons edib.

Hacıbala Abutalıbovun sözlərinə görə Sovetski , Papanin, Xutor kimi tanınan ərazilərdə də söküntü işləri davam etdiriləcək. “5 mərtəbə” dairəsindən Nizami küçəsinə kimi olan ərazidəki bütün tikililərin sökülməsi nəzərdə tutulur. Söküntü aparılan əksər yerlərdə isə yaşıllıqlar salınacaq. (xezerxeber)




Teqlər:  



Xəbər lenti