FHN avtobus qəzası ilə bağlı məlumat yaydı

FHN avtobus qəzası ilə bağlı məlumat yaydı
  07 İyun 2015    Oxunub:1731
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda marşrut avtobusu ilə yük avtomobilinin toqquşması ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə, avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü və avtobusda olan 2 sərnişin avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər 3 nəfərin xilasını təmin edib, digər 1 nəfər sərnişinin cəsədini isə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:41-də başa çatıb.


Teqlər:



Xəbər lenti