Putin Əliyevlə Qarabağı müzakirə edəcək
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, qeyd edib ki, danışıqlar zamanı regional gündəmin mühüm aspektlərinin, o cümlədən 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilən qərarların yerinə yetirilməsinin gedişi müzakirə olunacaq.
Onun sözlərinə görə, prezidentlər arasında iyunun 13-də keçiriləcək danışıqlar əvvəlcə məhdud heyətlə keçəcək, daha sonra işgüzar səhər yeməyi formatında geniş tərkibdə davam edəcək: “Danışıqlar zamanı Rusiya ilə Azərbaycan arasında energetika sferasında ikitərəfli əməkdaşlığın inkişafına dair yüksək səviyyəli işçi qrupunun yaradılması nəzərdə tutulur”.
Rusiya prezidentinin Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir. Uşakov bildirib ki, Putin Türkiyədəki seçkilərdə AKP-nin birinci olması münasibəti ilə Ərdoğanı telefonla təbrik edib, telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər.







Vaxtında, Aydın, Lazımlı!


