`Etiraza səbəb olan verilişlər bağlanacaq` - MTRŞ
MTRŞ sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ölkədə yayımlanan bəzi televiziyalarda fərqli azan vaxtlarının verilməsi və bunun məzhəblərarası mübahisələrə yol açması ilə bağlı fikirlərinə də münasibət bildirib:
“Hər hansı telekanal azanı fərqli vaxtlarda efirə verirsə, buna uyğun tədbir görəcəyik. Ümumiyyətlə, Milli Televiziya və Radio Şurası kabel şəbəkəsində mövcud qanunvericiliyə uyğun olaraq, tədbirlər görmək niyyətindədir. Yəni kabel şəbəkəsində yalnız xarici ölkələrin milli yayımçı statusunda olan kanallar yayımlanmalıdır. Xarici ölkələrin kabel televiziyalarının, internet televiziyalarının Azərbaycanın kabel şəbəkəsində olması qeyri-qanunidir. Ona görə də tərəfimizdən müvafiq tədbirlər görüləcək”.







Vaxtında, Aydın, Lazımlı!


