Ermənilərlə geyləri birləşdirən `dost` - Lunaçekə etiraz

Ermənilərlə geyləri birləşdirən `dost` - Lunaçekə etiraz
  10 İyun 2015    Oxunub:2974
“Avropa Parlamentinin vitse-prezidenti, Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçekin və bir sıra avroparlamentarinin Azərbaycana qarşı qərəzli münasibət göstərməsinin birmənalı səbəbi onların erməni lobbisinin təsiri altında olmalıdır”.
Bu fikirləri AzVison.az-a deputat Rövşən Rzayev bildirib. Millət vəkili bildirib ki, Avropa Parlamentində erməni lobbisinin dəstəyi ilə seçilən və gələcək seçkilərdə bu dəstəkdən məhrum olmaq istəməyən deputatlar var: “Bu adamalar erməni təəssübkeşliyi çəkirlər. Ona görə də Azərbaycanın bu uğurlarına mənfi münasibət bəsləyirlər. Yəni, onlar şəxsi mənafelərindən irəli gələn hisləri ifadə edirlər”.

R. Rzayev qeyd edib ki, Azərbaycan demokratik, dünyəvi dövlətdir: “Bu gün Azərbaycan dünyada gedən proseslərdə iştirak edir. Azərbaycan I Avropa Oyunlarını keçirməklə dünyaya açıq olduğunu göstərir. Bu kimi müsbət addımların qarşılığında belə münasibətin başqa adı yoxdur. Onların qərarlarının heç bir əsası yoxdur. Təəsüf edirəm ki, Avropa deputatları belə mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu cür hərəkətləri edənlər yenidən düşünməlidirlər”.

R.Rzayev vurğulayıb ki, Azərbaycan tərəfi belə ədalətsiz münasibətə etiraz etməklə yanaşı öz inkişaf yolunu davam etdirməlidir.

Qeyd edək ki, Avropa Parlamentinin vitse-prezidenti, Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçek və bir qrup tərəfdaşı “siyasi məhbus” yarlığı yapışdırılmış Azərbaycan vətəndaşlarının rəsmləri əks olunan köynəklər geyinərək, Avroparlamentin tribunasında siyasi dəllallıqlarını davam etdirirlər.

İyunun 8-də Avropa Parlamentinin plenar sessiyasının açılış iclasında üçüncü ölkələrdə insan haqları, demokratiya və qanunun pozulması halları haqqında qətnamələrin hazırlanması barədə debatlar, yəqin ki, hələ yaddaşlardan uzun müddət silinməyəcək.

Çünki bu günə kimi heç bir deputat qrupu parlament kimi mühüm siyasi arenanı sirkə çevirə bilməmiş, heç bir siyasətçi isə klounluq peşəsini bu qədər təqlid etməyi və populyarlaşdırmağı bacarmamışdı. Bu mənada Avropa Parlamentində U.Lunaçek başda olmaqla bir qrup deputatın fəaliyyətini anti-parlamentarizmin bariz nümunəsi hesab etmək olar.

Sessiyanın açılışında çıxış edən 57 yaşlı Ulrike Lunaçek Azərbaycanda guya 100-dən artıq “siyasi məhbus”un olduğunu, söz azadlığının pozulduğunu, jurnalistlərin susdurulduğunu və s. iddia edərək, avropalı siyasətçiləri Azərbaycana təzyiqi artırmağa çağırıb.

Lunaçek homoseksuallara və ermənilərə açıq şəkildə dəstək verən deputat kimi tanınır.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti